XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Gimnastlarımız Misirdə uğurla yarışıblar
İdman 16:47 / 21.06.2021
Misirdə bədii gimnastika üzrə "Egyptian Pharaohs Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda çıxış edən bədii gimnastlarımız ölkəmizi uğurla təmsil ediblər. Turnirdə Azərbaycan təmsilçiləri - Arzu Cəlilova böyüklər arasında, Alina Məmmədova gənclər yaş qrupunda, Məryəm Əliyeva, Gövhər İbrahimova və Aydan Rəhimova isə yeniyetmələr arasında çıxış ediblər.
A.Cəlilova topla nümayiş etdirdiyi proqramına görə bürünc medal qazanıb.
Yeniyetmələrin yarışlarında A qrupunda çıxış edən G.İbrahimova və M.Əliyeva 2 proqram üzrə qalib olublar. G.İbrahimova gürzlərlə, M.Əliyeva isə topla hərəkətlərdə həmyaşıdlarından fərqlənərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızlar çoxnövçülükdə və halqa ilə çıxışlarına görə də fəxri kürsüdə mövqe tutmağı bacarıblar. Hər iki proqram üzrə G.İbrahimova gümüş, M.Əliyeva sə bürünc medala layiq görülüblər.
Yeniyetmələrin yarışlarında B qrupunda çıxış edən A.Rəhimova isə yarışdığı hər 3 proqramda (çoxnövçülük, alətsiz və halqa) ilk pillədə qərarlaşıb.
A.Məmmədova gənclərin çoxnövçülük yarışında 45 gimnast arasında 16-cı olub.

28647 oxunub

InvestAZ