XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yunan-Roma güləşçilərimizdən tarixi qələbə
İdman 19:08 / 20.06.2021
Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı başa çatıb. Azərbaycanın yunan-Roma güləşi üzrə millisi qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəni 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub.

Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığma 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.
31625 oxunub

InvestAZ