XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz Parisdə mükafatçılar sırasına düşə bilmədi
İdman 18:41 / 20.06.2021

Parisdə keçirilən nüfuzlu "Grand Chess Tour” turnirinin ikinci mərhələsinin rapid yarışı başa çatıb. Turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edib. Qrossmeysterimiz son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.

Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.

İyunun 21-də "Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək.


29005 oxunub

InvestAZ