XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha bir paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazandı
İdman 19:22 / 19.06.2021
Milli Paralimpiya Komitəsinin (MPK) pauerliftinqçisi Pərvin Məmmədov Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb. 49 kq çəki dərəcəsində çxış edən idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokunda nail olub. O, 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə bitirib. Həm Dünya Kubokunda, həm də reytinq xalları qazandıran öncəki yarışlarda yüksək nəticə əldə edən Məmmədov Tokio-2020-də Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu, Milli Paralimpiya Komitəsinin idmançılarının 19-cu lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.

30255 oxunub

InvestAZ