XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: Bu gün ikinci turun oyunlarına yekun vurulacaq
İdman 16:20 / 19.06.2021
Bu gün AVRO-2020-nin final mərhələsi çərçivəsində ikinci turun daha 3 oyunu təşkil olunacaq. Çempionatın iki oyunu F, bir oyunu isə E qrupunda oynanılacaq. Günün ilk matçında çempionatın "ölüm qrupu” adlandırılan F qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Macarıstan yığması Budapeştdəki "Puşkaş Arena”da Fransa millisi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunu ingiltərəli Maykl Oliver idarə edəcək.

İlk turda Almaniya üzərində minimal hesablı (1:0) qələbə qazanan fransızlar qələbə qazanacağı halda pley-offa vəsiqə qazanacaq.

Qrupun digər görüşündə son Avropa çempionu olan Portuqaliya millisi Almaniya ilə qarşılaşacaq. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək.

İlk oyunda Marcarıstanı 3:0 hesabı ilə üstələyən Portuqaliya güclü rəqibinə də qalib gələrsə, 1/8 finala vəsiqəni təmin edəcək.

Günün sonuncu matçında E qrupunda yer alan üçqat Avropa çempionu - İspaniya millisi Polşa ilə üz-üzə gələcək. Sevilya şəhərindəki "Estadio La Cartuja” stadionunda oynanılacaq matçı italiyalı Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək. "Qırmızı furya” ilk oyunda skandinaviyalılarla heç-heçə edib. Polşa yığması isə Slovakiyaya minimal hesabla məğlub olub -1:2.

32398 oxunub

InvestAZ