XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Zəka sahibimiz məğlub olaraq liderdən geri qaldı
İdman 10:40 / 19.06.2021
Ənənəvi Praqa şahmat festivalının əsas yarışı – "Masters” turnirinin beşinci turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov beşinci turda ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımız qarşılaşmadan məğlub ayrılıb. Turun digər oyunlarında Polşa təmsilçiləri Yan-Kşıştof Duda niderlandlı Jorden Van Foresti məğlub edib, Radoslav Voytaşek isə isveçli Nils Qrandeliuslə heç-heçə edib. Çexiya şahmatçısı David Navaranın həmyerlisi Tay Dan Van Nquyenlə görüşü də bərabərlik şəraitində başa çatıb.

Turnir cədvəlinə görə, aktivində 4 xal olan S.Şenkland liderdir. N.Abasov isə 3 xalla üçüncü yerdədir. Turnir 7 turdan ibarətdir.



46341 oxunub

InvestAZ