XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Nazirlik idman zallarından istifadə qaydaları açıqladı
İdman 10:17 / 19.06.2021
Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər. İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.
Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.

32129 oxunub

InvestAZ