XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



Depresiya - idmançının ən böyük düşməni...
Maraqlı 16:00 / 19.06.2021
Depresiya insan duyğularının fəaliyyətsiz bir vəziyyətə düşməsi nəticəsində baş verir. İnsanın maraq dairəsinin azalması və ətraf mühitdən tədricən uzaqlaşması, həmin fəaliyyətlərdən alınan zövqlərin azalması depresiyanın əsas əlamətləri sırasında yer alıb. Depresiyaya tutulan insanlar ümidini itirmiş olur, özlərini və ətrafdakıları boş bir xülya kimi qəbul edirlər. Bir növ, mənasız, zövqsüz, dəyərsiz bir varlıq olduqlarını qəbul edirlər. Bu halda ruhi tarazlığın pozulması prosesi baş verir.
İnsana uyğun xüsusiyyətlər - ağlamaq, gülmək, münasibət bildirmək, sevinmək və həyəcanlanmaqda müəyyən pauzalar baş verir. Baş vermiş hadisəyə heç nə olmamış kimi, cüzi bir reaksiya vermək çox çətin olur. Depresiyada olan şəxslər fəliyyət göstərdikləri təşkilatlarda, yaşadıqları məkanlarda cəmiyyətdən tədric olmuş kimi görünürlər.
Onlar üzərlərinə qoyulan tələb və məsuliyyətləri yerinə yetirə bilmirlər. Ağır halın fəsadları bu zaman daha qabarıq görünür.
Yuxusuzluq, səhər erkən oyanma, dərin düşüncələrə dalmaq, iştahda dəyişikliklər və s. hallar depresiya üçün xarakterikdir. Depresiya kimi təhlükəli vəziyyət qısa zaman ərzində müalicə oluna, bu şəxslərin əvvəlki vəziyyəti bərpa edilə bilər.
Hər hansı bir insana bu diaqnoz qoyulubsa, onun müalicəsindən əvvəl depresiyanın necə baş verdiyi öyrənilməlidir. Depresiya hamı üçün xarakterik haldır. Yəni hər bir adam, istəmədən belə, onun qurbanına çevrilə bilər. Xəstəliyə səbəb olan əsas mənbə öyrənildikdən sonra onun həllinə nail olmaq mümkündür.


Depresiya psixi pozuntunun bir hissəsi kimi

Həddindən artıq yüksək informasiya ilə yüklənmək, gərgin işləmək, fiziki iş görməklə (bunu idmana da aid etmək olar) insan orqanizmi depresiyaya meyilli ola bilir. Əgər bu hal bir dəfə cüzi şəkildə yaranıbsa, başqa bir vaxtda da təkrar baş verə bilər. Bu, tam əksinə də ola bilər. Cəmiyyətdə öz yerinin tuta bilməmək, tənbəllik etmək, fiziki passivliyə imkan yaratmaqla da depresiyalı olmaq mümkündür.
Depresiya psixi pozuntunun bir hissəsidir. Onu müəyyən dərman preparatları və həkimlərin köməyi ilə müalicə etmək mümkündür.
İnsan beyni sirlə dolu olan bir orqandır. Beyin müəyyən hissələrdən və bölmələrdən ibarətdir. Qəbul olunan informasiya və komandalar beynin daxildə olan qırışıqlar vasitəsilə təhlil olunur, necə deyərlər, həmin bölmələrdə yerləşdirlir. Bu informasiyalar bəzən tam olaraq öz yerini tapmır.
Belə halda beyində pozuntular üzə çıxa bilər. Nəticədə, depresiya kimi ağır fəsada şərait yaranır.
Bir işlə gündəlik, istirahət etmədən məşğul olmaq da depresiyaya gətirib çıxarır.



İdman depresiyanın düşmənidir

Depresiyaya düçar olan xəstələrin düzgün və o qədər də gərgin olmayan idman növləri ilə məşğul olmaları məsləhət görülür. Belə insanların istənilən idman növü ilə məşğul olması mümkün deyil. Psixi pozunutuya məruz qalan beyin öz seçimini etməlidir. Xəstəni məcbur etmək və ya ona göstəriş vermək olmaz. Əgər göstərişi qəbul edirsə, deməli, onun depresiyası çox cüzi və səthidir.
Gün ərzində ən çoxu bir saat müəyyən məsafəyə qaçmaqla əvvəlki vəziyyəti geri qaytarmaq mümkündür. Bu eksperimenti bir çoxları həyata keçiriblər. Depresiyanı atan insanlar yenidən onu yaxın buraxmamaq üçün idmanı davam etdirirlər.
İngiltərədə keçirilən təcrübə dediklərimizə bariz nümunə ola bilər. Təcrübədən belə nəticəyə gəlinib ki, idman edən orqanizmdə özünə inam daha yüksək səviyyədə olur.
Kollektivlə və ən yaxın hesab olunan şəxslə birlikdə idman etmək (futbol, bilyard, şahmat, dama və s.) məsləhət görülür. İnsan orqanizmində endorfin hormonları artdıqca, əhval-ruhiyyə daha yüksəlir. Bu vəziyyət depresiyaya aparan yol üzərində böyük bir maneə yaradır. Hesablamalara görə, adi halda depresiyadan 41% uzaqlaşmaq olar. Amma idmanla bu faizi 61-ə çatdırmaq mümkündür.

Anar Əhmədov

1961 oxunub

InvestAZ