XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Noyer iki şərtlə yığmaya qayıda bilər
İdman 23:04 / 12.11.2025
Münhen "Bayern"inin qapıçısı Manuel Noyerin Almaniya millisinə qayıtmaq ehtimalı hələ də qalır. Almaniya Futbol Assosiasiyasının bəzi nümayəndələri menecer Yulian Naqelsmannı 2026-cı il Dünya çempionatından əvvəl veteran futbolçuya şans verməyə çağırıblar. Jurnalist Tobi Altşafflın sözlərinə görə, Noyer iki şərtlə qayıda bilər: əgər Mark-Andre ter Ştegen "Barselona"da və ya başqa bir klubda oyun vaxtı qazana bilməsə və ya Nagelsmann özü 39 yaşlı qapıçını dəvət etmək ideyasını dəstəkləsə və şəxsən onu milli komandaya qayıtmağa inandırsa. Qeyd edək ki, Manuel Noyer gələn ilin mart ayında 40 yaşını qeyd edəcək. Futbol üzrə dünya çempionatı isə iyun-iyul aylarında ABŞ, Kanada və Meksikadakı stadionlarda təşkil olunacaq.
6930 oxunub

InvestAZ