XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: “Damalılar” bu dəfə də qələbəyə həsrət qaldı
İdman 23:08 / 18.06.2021
AVRO-2020 həyəcanı davam edir. Bu gün çempionatda D qrupunda ikinci turun oyunlarına start verilib.
İlk oyunda qələbə qazanan Çexiya millisi bu dəfə Xosrvatiya ilə üz-üzə gəlib. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib -1:1. Matçda hesabı Çexiya millisi açıb. 37-ci dəqiqədə penaltidən fərqlənən Patrik Şik komandasını hesabda önə çıxarıb. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Xorvatiya millisinin heyətində bərabərlik qolunun müəllifi isə İvan Perişiç olub. O, matçın 47-ci dəqiqəsində fərqlənib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.

28025 oxunub

InvestAZ