XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Grand Chess Tour”: Qrosmeysterimiz günü bir qələbə, bir heç-heçə və bir məğlubiyyətlə başa vurdu
İdman 22:00 / 18.06.2021
Fransanın paytaxtı Parisdə "Grand Chess Tour” şahmat turniri keçirilir. Yarışda ölkəmizi qrossmeysterimiz Teymur Rəcəbov təmsil edir. Bu gün nüfuzlu yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.

Qrossmeysterimiz ilk qarşılaşmada Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Zəka sahibimiz növbəti görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzub. T.Rəcəbov üçüncü partiyada isə iranlı Alireza Firuzcaya qalib gəlib.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri təşkil olunacaq.

"Grand Chess Tour”da şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Etien Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik və Peter Svidler (hər üçü Rusiya) iştirak edirlər.)

31014 oxunub

InvestAZ