XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: Niderland da vaxtından əvvəl pley-offa vəsiqəni təmin etdi
İdman 02:09 / 18.06.2021
AVRO-2020 həyəcanı davam edir. Qitə birinciliyinin final mərhələsi çərçivəsində C qurupunda da ikinci tur geridə qaldı. İtaliya və Belçika millisinin ardınca, Niderland yığması da adını 1/8 final mərhələsinə vəsiqə qazanan komandaların siyahısına yazdı. "Narıncılar” buna Amsterdamdakı "Yohan Kroyf Arena"da keçirilən matçda Avstriya üzərində 2:0 hesablı qələbə qazanmaqla nail oldular. Matçda hesab 11-ci dəqiqədə açılıb. Memfis Depay komandasını hesabda önə çıxarıb. Oyunda sükut bir də matçın dəqiqəsində pozulub. Denzel Dümfris fərqlənərək matçda yekun hesabı müəyyənləşdirib.

Beləliklə, 2 turdan sonra xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa vəsiqə qazanıb. Aktivində 3 xalı olan Avstriya isə qurupda üçüncü pillədə yer alıb.

37883 oxunub

InvestAZ