"Barselona”nın
prezidenti Joan Laporta kapitanı Lionel Messinin klubda
qalıb-qalmayacağı barədə sualları növbəti dəfə cavablandırıb. Klubun
rəhbəri bildirib ki, o, 33 yaşlı hücumçu ilə yeni sözləşmə üzərində
işlədiklərini deyib: "Messinin butsları "Nou Kamp” meydançasında
çalışmağa davam edəcək. O, "Barselona”da qalmaq istəyir. Messini
buraxmaq barədə düşünmürəm. Asan deyil, amma əlimizdən gələni edəcəyik.
Onu hansısa vədlərlə aldatmağa ehtiyac yoxdur. Qalmaq istəməsi üçün bir
çox səbəb var. Hər şey yaxşıdır, amma hələ müqavilə imzalamayıb. Serxio
Aquero ona hər gün deyir: "Yeni bir müqavilə imzalayın, birlikdə
oynayaq”. Qeyd edək ki, Messinin "Barselona” ilə müqaviləsi iyunun
sonunda başa çatır.
42241 oxunub