XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bədii gimnastlarımız dünya çempionatına vəsiqə qazandılar
İdman 23:05 / 14.06.2021
Bolqarıstanın Varna şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub. Sayca 37-ci dəfə təşkil olunan yarışda Avropanın 37 ölkəsini təmsil edən gimnastlar qüvvələrini sınayıblar.
Çempionatda Azərbaycan gimnastları da mübarizə aparıblar. Komandamız yarışda böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri proqramında çıxış edib.
Fərdi proqramda təmsilçilərimiz Zöhrə Ağamirova və Arzu Cəlilova həm özünəməxsus çıxışları, həm də maraqlı və zərif geyimləri ilə göz oxşayıblar. Çoxnövçülükdə finala vəsiqə qazanan hər iki gimnastımız həlledici mərhələdə müvafiq olaraq 16-cı və 17-ci yerlərdə qərarlaşıblar.
Qrup hərəkətləri proqramında Azərbaycan təmsilçiləri Zeynəb Hümmətova, Nərminə Səmədova, Darya Sorkina, Ləman Əlimuradova və Yelizaveta Luzan hər iki proqram üzrə finala adlayıblar. Beş topla hərəkətlərdə altıncı olan qızlarımız, iki cüt gürz və üç halqa ilə final çıxışlarına görə medalın bir addımlığında dayanıblar. Çoxnövçülükdə isə komandamız 18 qrup komandası arasında yeddinci yerdə qərarlaşıb.
Gimnastlarımız ümumilikdə komanda hesabında yeddinci olublar. Bundan əlavə, təmsilçilərimiz dünya çempionatında iştirak etmək üçün vəsiqə qazanıblar.


26974 oxunub

InvestAZ