XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Zəka sahibimiz “Masters” turnirində inamla irəliləyir
İdman 10:40 / 17.06.2021
Ənənəvi Praqa şahmat festivalının əsas yarışının – "Masters” turnirinin üçüncü turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb. Turun digər oyunlarında polşalı digər şahmatçı Radoslav Voytaşek niderlandlı Jorden Van Forestlə, Çexiya təmsilçisi Tay Dan Van Nquyen isveçli Nils Qrandeliusla heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isə Çexiyanın digər şahmatçısı David Navaranı məğlub edib.

Üç turun birini qələbə, ikisini heç-heçə ilə başa vuran N.Abasov 2 xalla ikinci yerdə qərarlaşıb.

Turnir 7 turdan ibarətdir.

35040 oxunub

InvestAZ