XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: Son Avropa çempionlarından uğurlu başlanğıc
İdman 22:22 / 15.06.2021
AVRO-2020-də F qrupunda mübarizəyə start verilib. Qrupun ilk matçı Macarıstanda təşkil olunub. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüşdə Macarıstan millisi son çempion Portuqaliya ilə qarşılaşıb. Görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hər üç qol 2-ci hissənin sonlarında vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro hesabı açıb. Qoldan 3 dəqiqə sonra Kriştianu Ronaldo hesabı arasındakı fərqi bir qədər də artırıb 2:0. Qarşılaşmada son nöqtəni də Ronaldo qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb.
Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya millisi dogma azarkeşlər önündə Fransa yığması ilə qarşılaşacaq. "Alians arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

28587 oxunub

InvestAZ