XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020-nin qalibi nə qədər qazanacaq?
İdman 17:45 / 15.06.2021
Futbol üzrə Avropa çempionatının mükafat fondu müəyyənləşib. UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayırıb. AVRO-2016-da isə bu məbləğ 304 milyon avro idi.
AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750 min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro veriləcək.
Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar. AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini isə 10 milyon avro məbləğində mükafat gözləyir. Bu rəqəm ötən çempionatın qalibinə verilən mükafatdan 2 milyon avro çoxdur.
Qeyd edək ki, AÇ-2016-nın çempionu Portuqaliya yığmasına 8 milyon avro verilmişdi.

28513 oxunub

InvestAZ