XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



AVRO-2020: Bu gün 2 qrupda daha 3 oyun keçiriləcək
İdman 10:30 / 14.06.2021
Bu gün AVRO-2020-nin final mərhələsi çərçivəsində daha üç oyun təşkil olunacaq. Qarşılaşmalardan biri D, ikisi isə E qrupunda olacaq. Günün ilk oyununa isə Qlazqodakı "Hampden Park” stadionunda start veriləcək. Bu matçda D qrupunda qərarlaşan Şotlandiya və Çexiya komandaları üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunu almaniyalı Daniel Siebert idarə edəcək.
Xatırladaq ki, bu qrupun ilk oyunu ötən gün keçirilib. Həmin oyunda İngiltərə millisi Xorvatiyanı minimal hesabla məğlub etmişdi.
Günün ikinci matçı isə E qrupunda yer alan komandalar arasında oynanılacaq. Burada üçqat Avropa çempionu İspaniya skandinaviya təmsilçisi İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. İspaniya millisi matça itkilərlə çıxacaq. Belə ki, oyun öncəsi "qırmızı furya”nın heyətində Dieqo Lorente və Serxio Busketsin koronavirusa yoluxduğu üçün oyunda iştirak etməyəcəklər. Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi qarşılaşma Sevilya şəhərindəki "Estadio La Cartuja” stadionunda təşkil olunacaq.
Qrupun digər görüşündə Polşa millisi Slovakiya ilə üz-üzə gələcək. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadiondakı qarşılaşmanı rumıniyalı baş hakim Ovidiu Hateqan idarə edəcək.

28719 oxunub

InvestAZ