XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



AVRO-2020: Meydan sahibləri debütantla bacarmadı
İdman 22:49 / 12.06.2021
Bu gün AVRO-2020-nin B qrupunda mübarizəyə start verilib. Qurupun ilk oyunu Danimarkada oynanılıb. Skandinaviya derbisində turnirin debütantı Finlandiya ilə Danimarka milliləri üz-üzə gəlib. Oyun meydan sahibləri üçün heç də yaxşı başlamayıb. Belə ki, matçın 42-ci dəqiqəsində "dat dinamitləri”nin futbolçusu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Nəticədə matçda fasilə yaranıb. Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA Eriksenin səhhətinin qaydasına düşdüyünü bildirərək, matçın davam etdirilməsi barədə qərar verib. Görüş qaldığı yerdən davam etdirilib.

Oyunda hesab isə 60-cı dəqiqədə açılıb. Yoel Pohyanpalo fərqlənərək, Finlandiya millisinə qələbə qazandıran qolu vurub.

Matçın 74-cü dəqiqəsində danimarkalılar bərabərlik qolunu vurmaq imkanı əldə etsələr də, Pyer-Emil Heybyerq penaltini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, Finlandiya

millisi minimal hesablı qələbə qazanaraq turnirin ilk sensasiyasına nail olub.

1584 oxunub

InvestAZ