XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Polşada bürünc medal şansı
İdman 14:27 / 12.06.2021
Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open” turniri davam edir. Sərbəst və qadın güləşçilərin ardından yunan-Roma güləşçiləri də yarışda mübarizəyə qoşulublar.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov da bu gün turnirdə xalça üzərinə çıxıb. 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb. Lakin güləşçimiz növbəti mərhələdə ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzaraq finaıa yüksələ bilməyib. Rafiq Hüseynov bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.

28879 oxunub

InvestAZ