XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha iki karateçimiz Tokio-2020-yə lisenziya uğrunda mübarizəyə başlayır
İdman 01:45 / 12.06.2021
Xəbər verdiyimiz kimi, Azərbaycan karateçiləri Tokio Olimpiadasına növbəti vəsiqələr qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizə aparırlar.
Turnirin ikinci günündə karateçilərimizdən Roman Heydərov (kata) və Fəridə Abiyeva (kumite, 61 kq) güclərini sınayacaqlar.
"Pyer de Kubertyen” arenasında keçirilən yarışın birinci günündə karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
İyunun 13-dək davam edəcək turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışda 98 ölkədən 500 karateçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparır.

28345 oxunub

InvestAZ