XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



AVRO-2020: İtaliya açılış matçında “ay-ulduzlular”a böyük hesabla qalib gəldi
İdman 10:34 / 12.06.2021
Türkiyə və İtaliya milliləri arasında futbol üzrə AVRO-2020-nin açılış matçı başa çatıb. Romadakı "Olimpiko” stadionunda keçirilən qarşılaşma İtaliya seçməsinin qələbəsi ilə başa çatıb - 3:0. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də bütün qollar fasilədən sonra vurulub.
AVRO-2020-nin ilk qolu avtoqol sayəsində qeydə alınıb. Matçın 53-cü dəqiqəsində Domeniko Berardinin cinah ötürməsindən sonra Merih Demiral topu öz qapısına göndərib. "Skuadra adzura” növbəti dəfə matçın 66-cı dəqiqəsində fərqlənib. Türkiyə millisinin cərimə meydançasında qarışıqlıqdan istifadə edən Çiro İmmobile hesab arasındakı fərqi artırıb.
Matçın 79-cu dəqiqəsində İtaliya millisi üçüncü topu "ay uduzlular”ın qapısından keçirib. Uğurcan Çakırın kobud səhvindən sonra Lorentso İnsinya fərqlənib.
Qalan dəqiqələr hər iki komandanın qarşılıqlı hücumları ilə keçsə də hesab dəyişilməyib.
A qrupunun digər görüşü iyunun 12-də İBakı Olimpiya Stadionunda təşkil olunacaq. Həmin qarşılaşmada İsveçrə və Uels komandaları üz-üzə gələcəklər.

1102 oxunub

InvestAZ