XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tokio-2020-yə növbəti lisenziya karateçimizdən gəldi ​
İdman 22:26 / 11.06.2021
Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizə aparırlar. "Pyer de Kubertyen” arenasında keçirilən yarışda altı idmançımızdan üçü - Neda Rezai (kata), Firdovsi Fərzəliyev (60 kq) və İlahə Qasımova (55 kq) bu gün turnirdə mübarizəyə başlayıb. Onlardan kumite yarışlarında Firdovsi Fərzəliyev Li Jinvan (Koreya), Luka Spitz (İsveçrə), Ramil Makaalay (Filippin), Şaban Abdulla (Küveyt), Fiqueyra Vinisius (Braziliya) ilə qarşılaşmalarda qalib gəlsə də, Martial Tadissiyə (Macarıstan) məğlub olub. Təsəlliverici görüşdə serbiyalı Stefan Cokiçə qalib gələn idmançımız bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. 28 yaşlı idmançımız üçüncü yer uğrunda görüşdə serbiyalı Stefan Cokiç üzərində 3:2 hesablı qələbə qazanaraq bürünc medala sahib çıxıb. Firdovsi Fərzəliyev bununla həmçinin, Tokio-2020 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.

Qeyd edək ki, yarışda hər çəki dərəcəsində ilk üç yeri qazanan idmançılar Olimpiya lisenziyaları əldə edəcəklər.

Digər iki idmançımız – 21,18 xalla 10-cu yeri tutan kata üzrə Neda Rezai və kumite yarışlarında Dorota Banaszçikə (Polşa) uduzan İlahə Qasımova mübarizəni dayandırıblar. İyunun 13-dək davam edəcək turnirdə 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparır.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-yə lisenziyanı təmin edib.

28737 oxunub

InvestAZ