XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Qrossmeysterimiz ermənistanlı şahmatçıya qalib gəldi
İdman 20:20 / 11.06.2021

İyunun 11-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri "Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin altıncı turunun oyunları keçirilib. Rumıniyada keçirilən turnirin növbəti turunda qrossmeysterimiz ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız 40-cı gedişdə rəqibini təslim olmağa məcbur edib. Teymur Rəcəbov isə yerli şahmatçı Boqdan-Daniel Dyakla heç-heçə edib. Turun digər oyunlarında Rumıniyanın daha bir təmsilçisi Konstantin Lupulesku Aleksandr Qrişuka (Rusiya) məğlub olub. ABŞ təmsilçisi Uesli Sonun niderlandlı Aniş Giri ilə oyunu davam edir. Onun həmyerlisi Fabiano Karuana isə fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə oynayıb.


Qeyd edək ki, Ş.Məmmədyarov 4 xalla turnir cədvəlində A.Qrişukla ilk iki pilləni bölüşür.


Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.


29523 oxunub

InvestAZ