XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



EURO-2020: Açılış matçı niderlandlı hakimlərə tapşırılıb
İdman 15:00 / 11.06.2021
Xəbər verdiyimi kimi, bu gün futbol üzrə Avropa çempionatına start veriləcək. İyulun 11-dək davam edəcək çempionatda 24 komanda 6 qrupda mübarizə aparacaq.
Çempionat A qrupunda yer alan Türkiyə və İtaliya komandalarının oyunu ilə başlayacaq. Bakı vaxtı ilə saat 23:00-da Romadakı "Olimpika" stadionunda başlayacaq oyunu niderlandlı referi Danni Makkeli idarə edəcək. Avropa çempionatına ilk dəfə qadın hakim də təyinat alıb. Açılış matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək fransalı FIFA referisi Stefani Frappar turnirin tarixinə düşəcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. AVRO-2020-nin oyunları İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Təqvimə əsasən, A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

44882 oxunub

InvestAZ