XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Olimpiya mükafatçımız Budapeştdə ümidləri doğrultmadı
İdman 13:51 / 11.06.2021
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlar davam edir. Yarışların beçinci günündə komandamızın son üzvü Elmar Qasımov tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Rio Olimpiadasının gümüş mükafatçısı 1/16 finalda gürcüstanlı İliya Sulamanidzeyə məğlub olaraq çempionatla erkən vidalaşıb.
Beləliklə, Macarıstana 12 idmançı ilə yollanan komandamız çempionatın fərdi yarışlarını 1 bürünc medalla başa vurublar. Yeganə medalı komandamıza 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov qazandırıb. Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) dünya çempionatında 5-ci yeri tutub. Komandamız bu nəticə ilə hazırda ümumi komanda hesabında 16-cı yerdə qərarlaşır.
Qeyd edək ki, dünya çempionatında fərdi yarışlara iyunun 12-də yekun vurulacaq. Yarışların sonuncu günündə - iyunun 13-də isə çempionatda komanda yarışları start götürəcək.

34668 oxunub

InvestAZ