XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Avro-2020 zamanı gözlənilməz məhdudiyyətlər tətbiq olunur
İdman 11:58 / 11.06.2021
Sankt-Peterburqda Avro-2020-nin keçirilməsi zamanı koronavirus infeksiyasını yayılmasının qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq edilib.
"Pandemiya şəraitində şəhər sakinlərinin və qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə iyunun 11-dən iyulun 11-dək mədəni və kütləvi tədbirlərin keçirilməsi üçün əlavə tələblər müəyyən edilir. Bu ərəfədə Sankt-Peterburqun Mədəniyyət Komitəsi ilə razılaşdırılmaqla qapalı məkanlarda keçirilən tədbirlərə ziyarətçilərin maksimum sayı üç min nəfərdən çox ola bilməz. Təşkilatçılar açıq havada keçirilən mədəni və kütləvi tədbirləri isə iyunun 11-dək Sankt-Peterburqun Mədəniyyət Komitəsi tərəfindən təsdiq olunacaq xüsusi reqlamentin tələblərinə riayət olunmasını təmin etməlidirlər”, - deyə Sankt-Peterburq Administrasiyasının mətbuat xidmətinin bəyanatında bildirilir.

32781 oxunub

InvestAZ