XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Müxalifət lideri Olimpiya Oyunlarının ləğvini tələb edir
İdman 12:19 / 11.06.2021
Yaponiya müxalifətinin aparıcı qüvvəsi, Yaponiya Konstitusiya Demokrat Partiyasının rəhbəri Yukio Edano iyulun 23-dən avqustun 8-dək Tokioda keçirilməsi planlaşdırılanYay Olimpiya Oyunlarını ləğv etməyə və ya təxirə salmağa çağırıb. Siyasətçinin sözlərinə görə, olimpiadanın koronavirus pandemiyası şəraitində keçirilməsi məqsədəuyğun deyil.
"Mən idmançılar naminə oyun keçirmək arzusunu başa düşürəm. Lakin Olimpiada ya yenidən bir il təxirə salınmalı, ya da tamamilə ləğv olunmalıdır”, - deyə Y.Edano bildirib. Siyasətçi əlavə edib ki, olimpiadanın keçiriləcəyi təqdirdə Yaponiya koronavirus infeksiyasının yeni dalğasının "inanılmaz yüksək riski” gözləniləcək.
Qeyd edək ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulub.

45106 oxunub

InvestAZ