XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Mariya Stadnik Polşada çempion oldu​
İdman 22:29 / 10.06.2021
Güləş üzrə yığma komandamız Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open” turnirində növbəti medalını qazanıb. Komandamız yarışların üçüncü günündə qadınlardan ibarət yığmamızın üzvü Mariya Stadnikin sayəsində qızıl medala sevinib. Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Həlledici görüşdə Ukrayna idmançısı Oksana Livaçı 9:4 hesabı ilə üstələyən M.Stadnik turnirin qızıl medalına layiq görülüb.​

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

27995 oxunub

InvestAZ