XƏBƏR LENTİ
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA irqçiliyə qarşı olanları dəstəklədi
İdman 20:00 / 10.06.2021
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşləri Avro-2020 matçlarında Black Lives Matter (qaraların həyatı önəmlidir) hərəkatına dəstək aksiyasına hörmət etməyə çağırıb.
"UEFA irqçiliyə qarşı dözümsüzdür və hər hansısa bir futbolçu diz çökmək istəyərsə, insanları​ bərabərliyə çağırarsa, bunu azad şəkildə etmək hüququna malik olacaq”, - deyə təşkilatın nümayəndəsi bildirib.
Qeyd edək ki, aprel ayında bildirilmişdi ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokioda Olimpiya Oyunları zamanı Black Lives Matter hərəkatı ilə həmrək olaraq diz çökməsini qadağan edib. ABŞ nümayəndələri Olimpiya Oyunları zamanı siyasi aksiyaları qadağan edən Olimpiya xartiyasının qaydalarını ləğv etmək üçün müraciət etsə də, BOK bu qərarı qüvvədə saxlayıb.

44932 oxunub

InvestAZ