XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İdman zallarının fəaliyyəti bərpa edildi
İdman 11:10 / 10.06.2021
Bu gündən etibarən ölkəmizdə idman zallarının fəaliyyətinə icazə verilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib. Qərara əsasən, iyunun 10-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.
Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.
Qeyd edək ki, 14 mart 2020-ci il tarixindən idman zallarının fəaliyyəti dayandırılıb.

47770 oxunub

InvestAZ