XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Zəka sahibimiz bu gün onlayn şahmat superturnirində mübarizəyə başlayır
İdman 10:03 / 10.06.2021
Bu gün qadınlar arasında kiçik dünya çempionatı hesab olunan "FİDE Women Speedchess” onlayn şahmat superturnirinə start veriləcək. Dünyanın demək olar bütün güclü qadın şahmatçılarının iştirak edəcəyi yarışda Azərbaycan da təmsil olunacaq. Bu, yarışın seçmə mərhələsini uğurla başa vuran Azərbaycanın son çempionu Gülnar Məmmədovadır. Qeyd edək ki, yarışda G.Məmmədovadan başqa daha 15 şahmatçı mübarizə aparacaq. Bunlar FİDE tərəfindən xüsusi dəvət olunan Çin şahmatçıları Yifan Hou, Ley Tinqji, hindistanlı Humpi Koneru, rusiyalılar Katerina Laqno və Aleksandra Kostenyuk, Ukrayna şahmatçısı Anna Muzıçuk, Bolqarıstan təmsilçisi Antoaneta Stefanova və ABŞ-ı təmsil edən İrina Kruşdur. Dəvətli şahmatçılardan başqa Gülnar Məmmədova kimi seçmə mərhələni uğurla başa vuran hindistanlılar Harika Dronavalli və Vayşali Rameşbabu, rusiyalı Valentina Qunina, ukraynalı Yuliya Osmak, Peru şahmatçısı Deysi Kori, gürcü Nana Dzaqnidze və qazaxıstanlı Bibisara Assubayeva iştirak edəcəklər.
20063 oxunub

InvestAZ