XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021



Cüdoçularımız günü medalsız başa vurdular
İdman 20:20 / 09.06.2021
Budapeştdə keçirilən dünya çempionatının dördüncü gününə yekun vurulub. Dördücü yarış günündə daha iki cüdoçumuz tatami üzərinə çıxıb. Lakin təəssüf ki, təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə biməyiblər. 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tkçayev 1/64 finalda Terense Kouamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.
Eyni çəkidə mübarizə aparan Murad Fətiyev isə 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlib. Lakin cüdoçumuz növbəti mərhələdə İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.
Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

770 oxunub

InvestAZ