Atletimiz Ukraynada çempion oldu
İdman 19:42 / 09.06.2021
Atletika üzrə yığma komandamızın üzvü Anna Skidan Açıq Kiyev çempionatında iştirak edib. Təmsilçimiz turnirin çəkicatma yarışlarında qüvvəsini sınayıb. Yarışda 73.50 metr nəticə göstərən Anna Skidan çempionatın qalibi olub.
Qeyd edək ki, Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.
16845 oxunub