XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



2022 Qış Olimpiya Oyunları təxirə salına bilər
İdman 15:07 / 08.06.2021
Amerikalı millət vəkilləri Maykl Makkol, Qreqori Miks, Mayk Qallaher və Tom Malinovski 2022-ci ildə Pekində keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarını təxirə salmağı təklif ediblər. Onlar artıq ABŞ Konqresinin aşağı palatasına müvafiq qətnamə də təqdim ediblər.
Bu addıma səbəb isə Sintszyan-Uyğur muxtar rayonunda kütləvi repressiyalardır.
"Əgər uyğurların təqib olunması və digər pozuntular davam edərsə, Olimpiadanın keçirilməsi üçün təcili alternativ obyektlərin axtarışı prosesinə başlamaq lazımdır”, - deyə qətnamədə bildirilir.
Qeyd edək ki, bundan əvvəl digər ölkələrdən olan siyasətçilər də 2022-ci il fevralın 4-dən 20-dək Pekin Qış Olimpiadasını boykot etməyə çağırırdılar.

41159 oxunub

InvestAZ