XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mayk Tayson Floyd Meyvezerə irad bildirdi
İdman 11:55 / 08.06.2021
Boks üzrə ağır çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Mayk Tayson beş çəki dərəcəsində keçmiş çempion Floyd Meyvezerə irad bildirib. M.Taysonun fikrincə o, Floyddan qat-qat ağır çəkidə olan blogger Loqan Pol ilə döyüş keçirməkdə səhv qərar verib. Mayk Tayson hesab edir ki, F.Meyvezer daha yüngül çəkidə döyüşməlidir.
"Düşünürəm ki, Floyd döyüşməyə davam etməlidir. Amma lənətə gəlmiş birinci ağır çəkidə döyüşməli olduğunu hesab etmirəm. O, eyni çəki dərəcəsində olan boksçularla döyüşməlidir. Floyd Loqana çəki atmasını məcbur etməli idi. Düzünü deyim ki, onun bunu etməməsi məni çox təəccübləndirdi”, - deyə M.Tayson bildirib.
Qeyd edək ki, Floyd Meyvezer ilə Loqan Pol arasında keçirilən sərgi döyüşü 3 dəqiqə olmaqla, 8 raund təşkil edib. Nəticədə qalib müəyyənləşməyib.

38221 oxunub

InvestAZ