XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: Uels və İsveçrə Bakıya gəlir
İdman 19:58 / 07.06.2021
Futbol üzrə Avropa çempionatının başlamasına sayılı günlər qalıb. Artıq AVRO-2020-də iştirak edən komandalar çempionata son hazırlıq prosesini keçirlər. A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları da yarışa son hazırlıq prosesi üçün Azərbaycana yola düşüb.

AVRO-2020-nin hər iki kollektivi yarışa hazırlığını ölkəmizdə davam etdirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

35710 oxunub

InvestAZ