XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ruslan Lunyov Avropa çempionatında bürünc medal qazandı
İdman 20:37 / 06.06.2021
Xorvatiyanın Osiek şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanın güllə atıcıları da mükafatlar uğrunda mübarizə aparıblar. Təmsilçilərimizdə Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında 582 xal qazanaraq bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nigar Bağırova isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 578 xalla 3-cü nəticə göstərərək 8 nəfərin yer aldığı finala vəsiqə qazanıb. Lakin təmsilçimiz, finalda zəif çıxış etdiyinə görə mükafatçılar sırasına düşə bilməyib.
Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.


29750 oxunub

InvestAZ