Nil sahilindən gümüş medal
İdman 16:17 / 06.06.2021
Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü Misirdə gümüş medal qazanıb. İyunun 3-6-da Qahirə şəhərində təşkil olunmuş idman gimnastikası üzrə Dünya Kubokunda Cavidan Babayev, Murad Ağarzayev və Sərvər Əliyev iştirak edib.
Təsnifat mərhələsində halqalarla çıxışına görə finala adlayan Cavidan həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.
Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan Murad isə yekunda 6-cı yerlə kifayətlənməli olub.
43072 oxunub