XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ölkəmizin də namizəd olduğu Avropa çempionatına Monteneqro ev sahibliyi edəcək
İdman 19:34 / 05.06.2021

Bu il kikboksinq üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatına Monteneqronun Budva şəhəri ev sahibliyi edəcək. Noyabrın 5-dən 14-dək keçiriləcək yarışa ev sahibliyi etmək üçün namizədlər arasında Azərbaycan və Niderlandın da adı var idi. Bunun üçün WAKO prezidenti Roy Beyker Bakıya gələrək, Azərbaycan Kikboksinq Federasiyası və Milli Olimpiya Komitəsində görüşlər keçirmişdi. Lakin WAKO Avropa İdarə heyətinin növbədənkanar iclasında qəbul olunan qərara əsasn yarışa ev sahibliyi etmək hüququ Monteneqroya verildi.

Qeyd edək ki, ölkəmiz bundan əvvəl 2021-ci il Dünya çempionatına da ev sahiblik etmək üçün namizədliyini irəli sürmüşdü. 4 ölkənin - Azərbaycan, Hollandiya, İtaliya, Monteneqronun namizəd olduğu mübarizədə

İtaliyanın Cesolo şəhəri yarışa ev sahibliyi etmək hüququnu qazanmışdı. Həmin çempionat oktyabrın 14-dən 24-dək təşkil olunacaq.


34527 oxunub

InvestAZ