XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Formula 1: “AlphaTauri”dən uğulu nəticə
İdman 14:36 / 05.06.2021
Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub. "Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, "Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. "Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, "Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, "Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, "Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, "McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin "Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar. 1 saat ərzində 6 kilometrlik Bakı trekində keçirilən yürüşdə "AlphaTauri” komandasının pilotu Pyer Qasli üçüncü yürüşdə fərqlənməyi bacarıb. Serxio Peres ("Red Bull Racing”) ikinci, Luis Hamilton ("Mercedes”) isə üçüncü olublar.
29357 oxunub

InvestAZ