XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula 2: estoniyalı pilot bütün rəqiblərini qabaqladı
İdman 11:33 / 05.06.2021
İyunun 5-də Bakıda Formula 2 yarışlarının birinci sprint yürüşünə start verilib. Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə "Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. "Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, "Art Grand Prix”in sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar. Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. "Hitech Grand Prix” komandasının pilotu Liam Layson sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, "Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar.
29794 oxunub

InvestAZ