XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Futbolçu debüt etdikdən 3 dəqiqə sonra meydandan qovuldu
İdman 19:00 / 04.06.2021
Belçikanın "Genk" klubunun futbolçusu Daniel Munyos Mexiya Kolumbiya milli komandasında uğursuz debüt edib.
25 yaşlı müdafiəçi dünya çempionatının Peru ilə seçmə matçına çıxdıqdan 3 dəqiqə sonra qovulub. Meydana 56-cı dəqiqədə girən Munyos 59-cu dəqiqədə rəqibdən topu almaq üçün sərt oynayıb. Nəticədə baş hakim videotəkrar sisteminə baxdıqdan sonra ona qırmızı vərəqə göstərib.
Bu, seçmə mərhələlər tarixinə ən erkən qovulma kimi düşüb.
Görüş Kolumbiya yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

38873 oxunub

InvestAZ