XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula 1 Azərbaycan Qran-Prisi: sərbəst yürüşlər başladı
İdman 10:10 / 04.06.2021
İyunun 4-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.
45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 12:30-dan 13:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 14:30-da isə Formula 2-nin sıralama turu başlayacaq.
Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.
Xatırladaq ki, Bakıda təşkil olunan sonuncu - 2019-cu ildəki Formula 2 üzrə birinci yarışda Cek Aitken ("Campos”) qalib gəlmişdi. Nik de Vries (ART) ikinci, Cordan Kinq ("MP Motorsport”) isə üçüncü yürüşdə fərqlənmişdilər.

27963 oxunub

InvestAZ