XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Roje Federer: “O, mənim ən yaxşı rəfiqəmdir”
İdman 16:13 / 03.06.2021
"Böyük dəbilqə” turnirinin 20 qat qalibi, isveçrəli Roje Federer öz sevimli qadın tennisçisinin kim olması ilə bağlı sualı cavablandırıb.
"Əlbəttə, bu Belinda Bençiçdir. Qadın turunda o, mənim ən yaxşı rəfiqəmdir. Biz biryerdə Hopman Kubokunda çıxış etmişik. O, mənim ən yaxşı tərəfdaşımdır. Ümid edirəm ki, biz Olimpiya Oyunlarında yenidən cütlüklərin yarışlarında çıxış edəcəyik. Qadın turunda Naomi Osaka, Eşli Barti kimi müstəsna oyunçular var. Serene Uilyamsı da yaddan çıxarmaq olmaz. O, kraliçadır”, - deyə R.Federer bildirib.
Qeyd edək ki, Fransa Açıq Çempionatının birinci dövrəsində Roje Federer Özbəkistan təmsilçisi Denis İstomini 6:2, 6:4, 6:3 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi Horvat Marin Çiliç olacaq.Belinda Bençiç isə ikinci raundda rusiyalı Darye Kasatkinaya 2:6, 2: 6 hesabı ilə məğlub olub.

28028 oxunub

InvestAZ