XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yığmamız yoxlama oyununda Belarusu məğlub etdi​
İdman 23:16 / 02.06.2021
Futbol üzrə milli komandamız yoldaşlıq oyununda gücünü sınayıb. Canni De Byazinin baş məşqçi olduğu yığmamız Minskdə Belarus yığması ilə qarşılaşıb. Millimiz "Dimamo” Milli Olimpiya Stadionundakı qarşılaşmada rəqibi üzərində 2:1 hesablı qələbə qqazanıb. Matçda bütün qollar fasilədən sonra vurulub. Belarus millisinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə fərqlənib. Buraxılan topdan sonra millimiz fəallığı artırıb. Bu, tezliklə hesabda da öz əksini tapıb. Belə ki, yığmamız matçın 73-cü dəqiqəsində Bədavi Hüseynovla tarazlığı bərpa edib. Oyunun sonlarına yaxın isə millimiz qələbə topunu vurub. 90+1-ci dəqiqədə Ramil Şeydayev fərqənib.
Bu, millimizin 2021-ci ildə ilk qələbəsi olub. ​
Qeyd edək ki, yığmamız daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komandamız iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.


31994 oxunub

InvestAZ