XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qəzada dünyasını dəyişən veteran futbolçu dəfn olundu
İdman 10:45 / 02.06.2021
Ötən gün avtomobil qəzasında dünyasını dəyişən "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dəfn edilib.
Mərhum futbolçu Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.
Qeyd edə ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.
S.Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.
Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasının idman şöbəsində metodist vəzifəsində çalışıb.
Xatırladaq ki, Səmədağa Şıxlarovu iyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.

33204 oxunub

InvestAZ