XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçularımız Avropa Olimpiya təsnifat turnirində mübarizə aparacaq​
İdman 21:21 / 01.06.2021
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya təsnifat turnirinə hazırlığı başa vurub.

Azərbaycan Boks Federasiyasından​ verilən məlumata görə, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığma artıq yarışın keçiriləcəyi Fransaya yollanıb. İyunun 4-8-də Parisdə təşkil olunacaq turnirdə iki qadın idmançımız qüvvəsini sınayacaq. Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandamız da təsnifat turnirində iştirak etmək üçün Fransaya yola düşüb.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də Londonda başlamışdı. Lakin yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) dörddəbir finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb. Cavid Çələbiyev (63 kq) və Lorenzo Sotomayor (69 kq) turnirdə çıxışlarını səkkizdəbir finaldan davam etdirəcəklər. Alfonso Dominqes (91 kq) və Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) Londondakı turnirdə rinqə çıxmayıblar.


34346 oxunub

InvestAZ