XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Vətən müharibəsinin şəhidlərinin xatirəsinə atletika turniri keçirilib
İdman 19:45 / 01.06.2021
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında respublika turnirinin atletika üzrə Bakı şəhər zona yarışı keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yarışda paytaxtın 12 rayonu ilə yanaşı, Zəngilan və Şuşa rayonlarını təmsil edən komandalar da mübarizə aparıb.
Yarışdan əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nərimanov rayonunun komandası qalib gəlib. Xətai və Xəzər rayonlarının təmsilçiləri müvafiq olaraq birinci və ikinci olublar.
Zona yarışlarında ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.
Mükafatçılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar təqdim edilib.


32586 oxunub

InvestAZ