XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz üçüncü yer uğrunda görüşdə məğlub oldu
İdman 10:05 / 01.06.2021
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının "The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları keçirilib.
Bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, birinci dövrənin oyunları heç-heçə ilə başa çatmışdı.
Turnirin qalibi adı uğrunda isə M.Karlsen ABŞ şahmatçısı Uesli So ilə qarşılaşıb. Şahmatçılar arasında keçirilən ikinci dövrənin oyunları da heç-heçə ilə başa çatdığı üçün rəqiblər tay-brekdə qarşılaşmanı davam etdiriblər. Gərgin keçən mübarizədə norveçli dünya çempionu Maqnus Karlsen Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi olub.
"The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində "bitcoin” təşkil edir.
"Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

36519 oxunub

InvestAZ